Maddələr mübadiləsini sürətləndirmənin ən təsirli 11 yolu BƏLLİ OLDU - FOTOLAR

Maddələr mübadiləsini sürətləndirməklə bağlı internetdə çox sayda məlumat var. SİA xarici mətbuata istinadən xəbər verir ki, maddələr mübadiləsi hər insanın bədəninə görə dəyişən qarışıq sistemdir. Onu sürətləndirən faktorlar həm genetik, həm də qida vərdişinə görə dəyişir.

1. Qərarlı olun
Arıqlamaq və maddələr mübadiləsini sürətləndirmək üçün qərarlı olmaq önəmlidir. Qısa müddətdə nəticə almağa çalışmayın. Özünüzə zaman verin və davamlı olaraq həyata keçirin.

2. Çox oturmayın
İş yerində və evdə davamlı oturmaq ürək və damar sağlamlığı üçün təhlükəlidir. Arada ayağa qalxmaq həm kalori yandırır, həm də maddələr mübadiləsini sürətləndirir.

3. Su için
Araşdırmalar tez-tez su içən şəxslərin daha çox kalori itirdiyini göstərir. ABŞ Milli Elm, Mühəndislik və Tibb akademiyaları kişilərin gündə 15,5 stəkan (3,5 litr), qadınların isə 11,5 stəkan (2,7 litr) su içməsini məsləhət görür.

4. Yeməklərinizi ədviyyatlı edin
Bəzi proteinlərin həzm olunması yağlardan daha çox enerji sərf edə bilər. Bu zaman daha çox kalori itiriləcək. Əgər yağın miqdarı çoxdursa, yeməyin həzm olunması tez baş verəcək, bədən az kalori itirəcək.

5. Yuxu rejiminə diqqət edin
Yuxu pozulması aclıq və iştahla bağlı hormonların da pozulmasına səbəb olur. Şəxs daha sürətli acır və şəkərli qidalara yönəlir.

6. İdman məşqlərinizi davamlı edin
Əzələ məşqləri çoxlu yağ itirilməsinə kömək edir. Bununla maddələr mübadiləsini də sürətləndirə və sağlamlığınızı qoruya bilərsiniz .

7. Vitamin miqdarını normada saxlayın.
Sağlam maddələr mübadiləsi sağlam bədənlə əlaqəlidir. İdman və sağlam qidalanma ilə yanaşı lazımlı vitaminləri qəbul etmək maddələr mübadiləsini normada saxlayacaq.

8. Lif qəbulunu çoxaldın
Arıqlamağa çalışarkən yüksək lifli qidalar qəbul etmək bu müddəti sürətləndirəcək. Həll olunan liflər sizi uzun müddət tox tutarkən, həll olunmayan liflər həzmə kömək edir.

9. Yaşıl çay için

Antioksidant səviyyəsi yüksək olan yaşıl çay da maddələr mübadiləsini sürətləndirir.

10. Asta qaçışlar edin (Kardio)

Bu zaman sürətli kalori itirirsiniz. Kardionu bitirsəniz də yağ əriməsi gün boyu davam edəcək.

11. Səhər yeməyi mütləqdir
Seçdiyiniz səhər yeməyi qidaları maddələr mübadiləsinin sürətinə təsir edəcək. Yumurta kimi proteini yüksək qidalar maddələr mübadiləsini sürətləndirməyə kömək edir.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə