Qızardılmış çörəyin fəsadları AÇIQLANDI - DİQQƏT!

“Qızardılmış xırt-xırt çörəklər dadlı olduğu üçün bir çox ailələrin səhər yeməyinin vaz keçilməzi halına gəlib. Bir çoxları da qızarmış xırt - xırt çörəyin kalorisi azdır deyə düşünərək seçim edir”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.

Onun sözlərinə görə, Avropa Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırmalar nişasta ehtiva edən çörək və kartof kimi qidaların qızardılmasının sağlamlıq üçün təhlükə yaratdığını göstərir: “Bu kimi qidalar qızardıldıqda akrilamid adlı kimyəvi maddə əmələ gəlir. Bu maddə xərçəngə səbəb olan maddələrdən biridir.
Amerika Qida və Dərman İdarəsi tərəfindən heyvanlar üzərində aparılan araşdırmalarda akrilamidin sinir sisteminə zərər verdiyi, yüksək dozada ağciyər, mədəaltı vəzi, dəri xərçənginə səbəb olduğu bildirilir.

Bu baxımdan da qida seçimi edərkən bir daha düşünmək lazımdır. Nəinki qızartma xırt-xırt çörəkləri, bir çox qızartma üsulu qidaları da qida rasionumuzda azaltmalıyıq. Qidanın dadlı, ləzzətli olmağından öncə sağlamlıq üçün faydalı olduğunu nəzərə almalıyıq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə