Bakıda Birinci Milli Konqresi keçirilib

Mərkəzi Gömrük Hospitalının Reanimasiya və Anesteziologiya şöbəsinin rəisi, reanimatoloq Tural Sadıqov, anestezioloq-reanimatoloqlar Dr.Mehdi Əliyev və Dr.Sevda Hüseynova, həkim-rezidentlər Günel Cəfərova və Selcan Həsənova 2-3 dekabr 2023-cü il tarixlərində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən Birinci Milli Konqresində iştirak ediblər. SİA xəbər verir ki, konqresdə Avropa ölkələrinin, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin reanimasiya və anesteziologiya sahəsi üzrə aparıcı mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Konqresdə “Ürək cərrahiyyəsində hemodinamik monitorinq”, “Onurğa beyin stimulyatoru”, “Kəskin və xroniki ağrıların idarəedilməsi və reanimasion xəstələrin problemləri” və digər mövzularda məruzələr dinlənilib.

Məruzələrdə mürəkkəb cərrahiyyə əməliyyatlarının uğurlu nəticəsi həm də müasir anesteziologiyanın inkişafı ilə bilavasitə bağlı olması, pasiyentlərin intensiv terapiya nəticəsində qısa zamanda ayağa qalxması və sağlamlığına qovuşmasının anesteziologiya ilə əlaqəsi kimi məsələlər qeyd olunub, eyni zamanda təbabətin ən aktual problemləri barədə müzakirələr aparılıb. Hospitalımızın həkimləri mühazirə sonrası müzakirələrdə aktiv iştirak edərək, fikir mübadiləsi aparıblar. Konqresin sonunda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə