Dr. İsmayıl Əfəndiyev ÜST-in iclasında iştirak edib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d, dosent İsmayıl Əfəndiyev 4-6 dekabr 2023-cü il tarixlərində Ümumdünya Səhiyyə Təşkilatının Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsinin sveçrənin Cenevrə şəhərində keçirilən 3-cü iclasında iştirak edib. SİA xəbər verir ki, ÜST-nin Kimyəvi Risklərin Qiymətləndirilməsi Şəbəkəsi kimyəvi maddələrin təsirinə məruz qalma nəticəsində insan sağlamlığı üçün yaranan riskləri qiymətləndirməyə yönəlmiş beynəlxalq səyləri artırmağa xidmət edən qlobal şəbəkədir. Bu şəbəkə hazırda 55 ölkədən 97 qurumun nümayəndələrini birləşdirir.

Keçirilən iclasda kimyəvi maddələrin təsirindən insan sağlamlığı üçün yaranan risklərin müəyyən edilməsi, kimyəvi risklərin qiymətləndirilməsi praktikasında elmi yanaşmanın təşviq edilməsi, bu sahədə mövcud olan yeni təcrübələrin və metodologiyaların uyğunlaşdırılması, təlim materiallarının hazırlanması və digər aktual məsələlər müzakirə olunub.

Dosent İsmayıl Əfəndiyev tədbirdə əhali üçün kimyəvi risklərin qiymətləndirilməsi və insanların kimyəvi maddələrin mənfi təsirinə məruz qalmasının profilaktikası sahələrində Azərbaycanda aparılan işlər barədə geniş məruzə ilə çıxış etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə