Azərbaycanda anesteziologiya və reanimatologiya son 10 ildə böyük irəliləyiş əldə edib

“Azərbaycanda anesteziologiya və reanimatologiya bir elm sahəsi kimi tibbi texnologiyaların və innovasiyaların hesabına son 10 il ərzində böyük irəliləyiş əldə edib”. SİA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin Birinci Milli Konqresində deyib.

O qeyd edib ki, bu sahədə tibbi nailiyyətlər əldə etmək üçün praktika çox vacibdir.

“Vətən müharibəsində anestezioloqlar və reanimotoloqlar arxa cəbhədə cərrahlarla və digər mütəxəssislərlə çiyin-çiyinə böyük səylər göstəriblər. Eyni zamanda, dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılmasında anestezioloq və reanimotoloqların böyük işi və rolu var. Xüsusilə, qardaş Türkiyədə yaranan dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında əsas yük anestezioloq və reanimatoloqlarda idi”, - deyə nazir müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə