TƏBİB ölüm haqqında şəhadətnamənin gec verilməsinin səbəbini açıqlayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ölüm şəhadətnaməsinin hansı hallarda gec verilməsinin səbəbini açıqlayıb.

SİA-nın məlumatına görə, TƏBİB-in Hüquq departamentinin Korporativ hüquq şöbəsinin aparıcı məsləhətçisi Gülnar Hacıyeva bildirib ki, ölüm haqqında şəhadətnamələr bir sıra hallarda gec verilə bilər.

Qeyd olunub ki, zorakı ölümə şübhə olduğu hallar, ölüm hadisəsinin qeyri-yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş verməsi, vəfat edən şəxsin yaşadığı ərazi üzrə ilkin tibbi-sanitariya yardımı ilə bağlı tibb müəssisəsinə təhkim olunması üçün müraciət etməməsi, habelə qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisələrində uzun müddət ərzində dövri müayinələrdən keçməməsi, ölümün naməlum səbəblərdən baş verməsi və sair hallar vəfat edən şəxsin ailə üzvləri və ya yaxınları tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin əldə edilməsinə çətinliklər yarada bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə