Azərbaycanda donuz taununun yayılma riski var? - QURUMDAN AÇIQLAMA
Rusiyanın Primorye diyarında Afrika taununun yayılması səbəbindən təxminən 5 min donuz yandırılıb. Bildirilir ki, heyvanlar əvvəl yatızdırılıb, hazırda isə ərazidə Afrika donuz taunu ilə bağlı karantin tətbiq olunduğu üçün onların cəmdəkləri yandırılır. Bəs, bu xəstəliyin Azərbaycana gəlməsi riski nə qədərdir? SİA mövzu ilə bağlı AQTA-dan açıqlama alıb. Qurumdan bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir: "Ölkəmizdə donuz saxlanılması o qədər də geniş yayılmadığı üçün bu xəstəliyin donuzlar arasında yayılması riski çox aşağıdır. Həmçinin, ölkəmizə idxal olunan məhsullar xüsusi müayinələrə cəlb olunur və yalnız təhlükəsizlik, keyfiyyət göstəriciləri uyğun məhsulların idxalına icazə verilir. Ona görə də Azərbaycanda Rusiyada yayılmış donuz taunu xəstəliyinin yayılması riski aşağıdır".
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB