“Həkimlərimizi tanıyın” rubrikasında Xumar Novruzovanı təqdim edirik
“Həkimlərimizi tanıyın” rubrikamızda Sizlərə bütün pasiyentlərə qayğı və diqqətlə yanaşan, peşəkar və təcrübəli həkim-terapevt Xumar Novruzovanı təqdim edirik. SİA xəbər verir ki, dr. Xumar Novruzova Mərkəzi Gömrük Hospitalının Terapiya şöbəsində həzm sistemi, kardiologiya, nefrologiya, revmatologiya, pulmonologiya, spirometriya sahələri üzrə xəstələri qəbul və müayinə edib onların müalicələri ilə məşğuldur. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/xumar-novruzova/
O, 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 1996-1997-ci illərdə 6 saylı şəhər kliniki xəstəxanasında terapiya ixtisası üzrə internatura təhsili almışdır. Əmək fəaliyyətinə 1997-ci ildə akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında başlamış Xumar həkim 2020-ci ilə qədər orada fəaliyyət göstərib. Dr.Xumar Novruzova 2020-ci ildən Mərkəzi Gömrük Hospitalında terapevt kimi çalışır.
Xumar həkim zəngin iş təcrübəsinə malik, dünya səhiyyə sistemində əldə edilən son nailiyyətləri izləyən və öyrənən, öz sahəsində yeni bilik və vərdişlərdən yararlanan yüksəkixtisaslı həkimdir. O, 2001-ci ildə Bakıda təşkil edilmiş Kliniki kardiologiyada funksional diaqnostika üzrə ümumi təkmilləşmə kursunda, 2008-ci ildə Kliniki kardiologiya üzrə tematik təkmilləşmə kursunda, 2015-ci ildə Terapiya üzrə, Qastroenterologiya, Nefrologiya və Hematologiya üzrə təkmilləşmə kurslarında iştirak edərək ixtisasını artırmışdır.
Həmçinin, Xumar həkim 2009-cu ildə Türkiyənin Ankara şəhərində Beynəlxalq qastroenterologiya həftəsində, 2011-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən XXVIII Türkiyə Qastroenterologiya həftəsində, 2015-ci ildə yenə Antalyada keçirilmiş XV Beynəlxalq Kolon-Rektum Cərrahiyyə Konqresində, 2018-ci ildə Türkiyənin Sakarya şəhərində keçirilmiş Beynəlxalq daxili xəstəliklər konqresində, 2019-cu ildə Antalya şəhərində keçirilən Beynəlxalq daxili xəstəliklər konqresində və 2022-ci ildə Türkiyənin Ankara Universitetinin tibb fakültəsinin Cebeci xəstəxanasının Ağciyər xəstəlikləri şöbəsində "JAEGER Master screen Body" cihazında aparılan müayinələr üzrə praktiki kursda iştirak etmişdir. Dr.Xumar Novruzovanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.
Bütün xəbərlər Facebook səhifəmizdə