Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov sentyabrın 29-da Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “II Beynəlxalq onko-qastro-hepatologiya” adlı konfransda “Onkoloji xəstələrdə ürəyin işemik xəstəliyinə müasir yanaşma” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, Milli Onkologiya Mərkəzi, Azərbaycan Qastroenteroloq və Hepatoloqlar İctimai Birliyi və Azərbaycan Onkoloqlar Cəmiyyəti tərəfindən birgə təşkil edilmiş konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş film nümayiş olunub. Konfransda Azərbaycan nümayəndələri ilə yanaşı, Türkiyə, Pakistan, Misir, Hindistan, Yaponiya, Özbəkistandan olan mütəxəssislər də iştirak ediblər.
Konfrans çərçivəsində mütəxəssislər qastrointestinal və qaraciyər xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını əhatə edəcək mövzularla çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB