...Bu xərçəngə tutulmazdan bir neçə il əvvəl baş verir

Həkimlər iki təhlükəli simptom müəyyənləşdiriblər...

Onkoloji xəstəliklərdən tez əvvəl gələn ilk həyəcan verici simptomların əlamətləri bildirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu kəşf Surrey və Oksford universitetlərinin alimləri tərəfindən edilib.

Beləliklə, mütəxəssislər 40 mindən çox xəstənin məlumatlarını qiymətləndirdilər və ən azı iki həyəcanverici simptomun aqressiv xərçəngin inkişafından bir müddət əvvəl göründüyünü aşkar etdilər.

Qeyd edək ki, xəstələr xərçəng diaqnozu qoyulmazdan təxminən iki il əvvəl dramatik, səy göstərmədən arıqladıqlarını bildirirlər - bu, çəki itkisi və mədəaltı vəzi xərçəngi arasında qurulmuş bir əlaqədir.

Xərçəng diaqnozundan qısa müddət əvvəl daha bir çox xəstədə qan şəkərinin səviyyəsi artıb, lakin həmən adamlarda şəkərli diabet xəstəliyi olmayıb.

Yeri gəlmişkən, xərçəngin üzdən də tanına biləcəyi daha əvvəl də bildirilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə