Yunanıstanın Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) Kerkira adasında leptospirozun yayılma ehtimalına qarşı araşdırmaya başlamaq istədiyi bildirilib. SİA xəbər verir ki, Yunanıstan Dövlət Televiziyası ERT-nin xəbərində 22 sentyabrda Kerkira adasında ölən bir şəxsin ölüm səbəbinin bakterial xəstəlik olan leptospiroz olduğu bildirilib.
May ayında Kerkirada bir nəfərin leptospiroz səbəbiylə öldüyünü xatırladan EODY Regional Qubernatorluq Səhiyyə Ümumi Müdirliyindən epidemik xəstəlik ehtimalı ilə bağlı araşdırma aparmağı, dezinfeksiya və zərərvericilərə qarşı mübarizə işləri aparmağı xahiş edib.
Leptospira adlı bakteriyaların törətdiyi leptospiroz heç bir əlamət göstərməsə də, baş ağrısı, əzələ ağrısı, yüksək hərarət, ağciyərlərdə qanaxma və meningit kimi simptomlar da göstərə bilər. Xüsusilə siçan kimi gəmiricilərdən yoluxan leptospiroz nadir hallarda da olsa, insandan insana da keçə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə