“Həkim məsləhəti olmadan dərman qəbul etməsinlər” - HƏKİM XƏBƏRDARLIQ ETDİ
“İnsanların əksəriyyəti öz təzyiqlərini və ürək döyüntülərini müasir dövrün elektron aparatları və smart saatlar vasitəsi ilə müəyyən edirlər”. Bunu SİA-ya açıqlamasında onkoloq-cərrah İbrahim Əsədli deyib.
Onun sözlərinə görə, müəyyən texniki vasitələr və dövrün elektron aparatları insanların həyatını rahatlaşdırır və asanlaşdırır: “Amma hər bir işdə olduğu kimi, insan sağlamlığının qorunması həkim məsləhəti və nəzarəti ilə olanda daha yaxşı olur. Yəni, onlar öz təzyiqlərini ölcə bilərlər, amma hər hansı bir dərmanı həkim məsləhəti olmadan qəbul etmək insan həyatına və sağlamlığına zərər vura bilər. Belə ki, onlar özbaşına özlərini müalicə edə bilməzlər. Çünki müalicə etmək üçün həkim savadı olmalıdır ki, qəbul etdiyi dərmanın hansı orqana necə təsiri var. Bu baxımdan da, yaxşı olar ki, insanlar həkim məsləhəti olmadan hər hansı bir dərman qəbul etməsinlər. Əks halda bu, yaxşı nəticələrə gətirib çıxarmayacaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə