“Bəzi insanlar öz təzyiqlərini, ürək döyüntülərini müasir dövrün elektron aparatları və smart saatlar vasitəsi ilə müəyyən edərək müalicə üsulu seçirlər”. Bu fikirləri SİA-ya açıqlamasında həkim terapevt Nəzakət Xudiyeva deyib.
Onun sözlərinə görə, bu kimi vasitələrdən istifadənin yaxşı tərəfi var ki, hər kəs öz evində təzyiqinə nəzarət edir: “Amma həkim nəzarəti olmadan özbaşına hər hansı bir təzyiq dərmanını qəbul etmək düzgün seçim deyil. Çünki xəstənin təzyiqinin hansı səbəbdən yüksəldiyini bilmək lazımdır. Yəni, özbaşına heç kəs hər hansı bir dərmandan istifadə etməməlidir. Bu, sonda yaxşı nəticələnmir və böyük fəsadlarlara gətirib çıxarır. Mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Həkimə müraciət insan sağlamlığı üçün çox vacibdir”.
Həkim Nəzakət Xudiyeva bir daha qeyd etdi ki, təzyiq ölçmək üçün elektron aparatlardan istifadə etmək olar, lakin təzyiq yüksək olduğu halda mütləq həkimə müraciət edilməlidir: “Həkim xəstəni müayinə etdikdən sonra müvafiq dərmanlar yazır. Məhz bundan sonra xəstə təyin edilən dərmanları qəbul etməlidir. Yəni, özbaşına dərman qəbul etmək olmaz”.
Bütün xəbərlər Facebook səhifəmizdə