MGH-də xəstə Flexible lazerlə əməliyyat olunub - VİDEO

Hazırda böyrək daşı xəstəlikləri daha müasir və sadə üsullarla müalicə edilir. Mərkəzi Gömrük Hospitalında bu günlərdə sol tərəfində bel ağrısı ilə müraciət edən 35 yaşlı pasiyentdə böyrək daşları aşkarlanıb. SİA xəbər verir ki, xəstə üzərində sol tərəfli Flexible uroteroskop cihazı ilə əməliyyat icra edilib. Daşlar lazerlə parçalanıb, yerinə bir ədəd stent yerləşdirilib.

Həyata keçirilən əməliyyat və əməliyyat sonrası xəstənin vəziyyəti barədə Mərkəzi Gömrük Hospitalının uzman uroloqu Dr.Samir Ağalarov bu barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə