Sınıqların reabilitasiyası dövründə fizioterapiyanın rolu NƏDİR? - HƏKİM FİZİOTERAPEVT DANIŞDI

“Hər bir insan həyatının hansısa bir mərhələsində sınıqla rastlaşır. Sınıqların reabilitasiyası dövründə fizioterapiyanın rolu əvəzsizdir. Burada məqsəd yaralanan bölgənin əvvəlki funksiyasını geri qaytarmaqdır. Bunun üçün düzgün müalicə planı və reabilitasiyanın düzgün təşkili şərtdir. Həkim fizioterapevt tərəfindən düzgün təyin edilmiş müalicə sınığın yaratdığı fəsadı və sınıqlardan sonra yaranan ikinci fəsadları aradan qaldırır”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

Onun sözlərinə görə, burada sınığın növündən və dövründən asılı olaraq plan dəyişir: “Sınıqlar zamanı təkcə sümük deyil, sümük zarı, damarlar və ətrafdakı yumuşaq toxumalar zədələnir.

Qan və limfa damarlarının yaralanması hemorragiya və ödəmə səbəb olur. Sınıqlar zamanı iltihabi dövr, bərpaedici dövr, remodeling dövr olur. Bu dövrlərdə də ona uyğun müalicə seçilir. Fizioterapevtik metodlardan elektroterapiya, ultrasəs, lazer ortezlər, su prosedurları, müalicəvi idman və s. tətbiq edilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə