Voronejdə qarayara xəstəliyinə yoluxanların sayı 11 nəfərə çatıb

Voronej vilayətində qarayara xəstəliyinə yoluxanların sayı 11 nəfərə çatıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti-yə regional hökumətdən məlumat verilib.

Beləliklə, mövcud məlumatlara görə, diaqnozu təsdiqlənmiş 10 yetkin xəstə Voronej şəhər 8 saylı Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında müalicə olunur.

Bundan başqa, 2008-ci il təvəllüdlü uşaq 2 saylı Rayon Uşaq Kliniki Xəstəxanasına aparılıb.

“Xəstəlik müsbət dinamika ilə orta ağırlıqdadır, qızdırmalı xəstələr yoxdur”.

Bu, xəstəxanadan bildirilib.

Hakimiyyət orqanlarının məlumatına görə, Voronej vilayətində qarayara xəstəliyinin yeni ocaqları yoxdur.

Qeyd edək ki, bundan əvvəl rusiyalı virusoloq Aleksandr Çepurnov qarayara xəstəliyinin yayılmasının səbəbini izah etmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə