Xroniki öskürəyin səbəbləri və aradan qaldırılması yolları

“Həkim məsləhəti” rubrikamızda Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Xroniki öskürəyin səbəbləri və aradan qaldırılması yolları” mövzusu barədə məlumat verib. SİA xəbər verir ki, 2 aydan çox davam edən öskürək - xroniki öskürək adlanır. Xroniki öskürəyin tənəffüs yolları xəstəlıkləri ilə bağlı olan səbəbləri müxtəlıfdır və çoxlarımıza bəllıdır. Bunlara burun- boğaz orqanları ilə bağlı problemlər, bronxitlər, bronxial astma və xroniki obstruktiv ağciyər xəstəlıyi, bronxoektaziyalar, ağciyər vərəmi və s. aiddir.

Xroniki öskürək yalnız qıcıqlanma deyil. Xroniki öskürək yuxuya mane ola bilər. Xroniki öskürəyin ağır hallarında qusma, başgicəllənmə və hətta qabırğaların qırılması baş verə bilər.

Lakin xroniki öskürəyin həm də tənəffüs yolları ilə bağlı olmayan səbəbləri də kifayət qədər çoxdur. Bunlardan ən yayılmışı qastroezofageal reflyuks xəstəlıyidir. Bu problemi olan şəxslərdə adətən öskürək qida qəbulundan sonra və yatarkən artır, ağızda acılıq, mədə qıcqırması kimi şikayətləri olur, artıq çəkılı yaxud da ağır fiziki işlə məşqul olanlarda, mədə - qida borusu yırtığı diaqnozu qoyulmuş şəxslərdə olur. Bəzən reflyuks xəstəlıyi olanların ümumən mədə ilə şıkayəti olmaya da bilər, lakin bəzi müayinələr bu duaqnozu qoymağa əsas verir. Öskürəyin məhz reflyuksla əlaqəlı olması müəyyən edildıkdən sonra pəhriz, yuxu rejimi, yatarkən qida qəbul etməmək və yastığı hündür etmək kimi tövsiyələrlə yanaşı mədə turşuluğunu neytrallaşdıran dərman vasitələrinin təyini öskürəyin aradan qalxmasına və xəstənın həyat keyfiyyətinə müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə