Bu arada rusiyalı diyetoloq Elizaveta Afinskaya, vitamin çatışmazlığını və ya ciddi sağlamlıq problemlərini göstərə biləcək görünüşdəki dəyişikliklərdən danışıb.
Beləliklə, onun sözlərinə görə,.. dodaqların künclərindəki ləkələr B vitaminlərinin çatışmazlığından və ya A vitamininin artıqlığından xəbər verir.
Bu ləkələr həmçinin herpes, ekzema və hətta diabet səbəbiylə də görünə bilər.
Üzün solğunluğu, mis və ya dəmir, B9 və B12 vitaminlərinin çatışmazlığı barədə xəbərdarlıq edə bilər.
Həkim Telegram kanalında saç tökülməsinə dəmir, sink, biotin, B2 vitamini və əsas yağların çatışmazlığının səbəb ola biləcəyini bildirib.
Sink, maqnezium çatışmazlığı və hipotiroidizm səbəbiylə kövrək dırnaqlar görünə bilər.
Xatırladaq ki, SİA bir müddət bundan əvvəl, elm adamlarına istinadən insanları “axmaq” və kədərləndirən qidaların adını çəkmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə