Türkiyənin sədrliyi ilə Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistanla birlikdə qurulan Türk Dünyası Plastik Cərrahiyyə Platforması Orta Asiyada sağlamlıq turizminə töhfə verəcək.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Konyada keçirilən Balkan Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin (BAPRAS) 12-ci Konqresi üçün şəhərə gələn Türkiyə Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Dərnəyinin sədri, professor Cenk Demirdöver tədbirin çox məhsuldar keçdiyini bildirərək deyib: “Türkiyənin rəhbərliyində Qazaxıstan, Qırğızıstan, Azərbaycan və Özbəkistanla birlikdə Türk Dünyası Plastik Cərrahiyyə Platformasını qurduq. Platformanın yaradılması üçün təxminən 6 ay çalışdıq.
Platformanın əsas məqsədi plastik cərrahiyyə sahəsində irəliləyişləri ön planda tutaraq qarşılıqlı mübadilə proqramları həyata keçirməkdir.
Türkiyə plastik cərrahiyyə sahəsində təkcə coğrafiyasını deyil, həm də Avropa və ABŞ-ı qabaqlayır. Ölkə olaraq bunun ən böyük üstünlüyünü sağlamlıq turizmində yaşadıq.
Mərkəzi Asiyadakı türk dövlətlərində plastik cərrahiyyə o qədər də yaxşı vəziyyətdə deyil. Biz bu platformanı onlarla öz bilik və təcrübəmizi bölüşmək, oradakı təhsili standartlaşdırmaq və keyfiyyətini artırmaq üçün yaratdıq.
Türk Dünyası Plastik Cərrahiyyə Platforması ölkələri birgə görüşlər təşkil edəcəklərini və fikir mübadiləsi aparmaqla yanaşı, öyrəndiklərini qarşılıqlı mübadilə proqramları vasitəsilə bir-birinə ötürəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə