23 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Dayaq ZN” Patronaj Xidmətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Günü”nə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda Elmi Konfrans həyata keçiriləcək. SİA xəbər verir ki, konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən mövzu ilə əlaqəli təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq Konfrans psixiatr, nevropatoloq, dietoloq və psixoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Konfrans əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
• Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 6 DTT balı ilə qiymətləndirilib.
• Konfransda iştirak ödənişsizdir!
• Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
• Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-content/uploads/2023/09/proqram23.pdf
• Qeydiyyat linki: https://forms.gle/WQqFSLddKYGnSvSz6
Bütün xəbərlər Facebook səhifəmizdə