"Bölgələr xəstəxanalarda maska rejiminə hazırlaşmalıdırlar"
...Rusiya Səhiyyə Nazirliyinin Operativ Qərargahı regionlara bu mövsümdə tənəffüs yoluxucu infeksiyaların sayının artmasına hazırlaşmağı tapşırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Bura lazımi dərmanların yığılması, xəstələr üçün marşrutların müəyyən edilməsi, yerli və yoluxucu xəstəliklər xidmətlərinin işinin gücləndirilməsi, həmçinin həkimlər üçün maska rejiminin tətbiqi imkanları daxildir.
Kuznetsovun sözlərinə görə, Rusiyada insanların tətildən qayıtması və dərs ilinin başlanması ilə bağlı kəskin respirator virus infeksiyasına yoluxma hallarında artım var. O, həmçinin ümumilikdə epidemioloji vəziyyətin stabil olduğunu da vurğulayıb.
“Konkret regionlardakı epidemioloji vəziyyətə əsasən, tibb müəssisələrində tibb işçilərinin maskalanması rejimi tətbiq edilsin. Bu, tibb işçilərinin və xəstələrin sağlamlığının qorunmasına yönəlmiş ümumi antiepidemiya tədbiridir. Regionlarda da qripə qarşı peyvəndlərə başlanılıb”.
Bu fikirlər də rusiyalı tibb işçisinə məxsusdur.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB