Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov “Rossiya 1” telekanalındakı “Ən vacib şey haqqında” verilişində oynaq ağrılarının qeyri-aşkar səbəbləri barədə danışıb.
SİA mütəxəssisin sözlərinə istinadən bildirir ki, oynaq ağrıları hepatit B və ya C, xoralı kolit, Kron xəstəliyi, xlamidiya, Reyter sindromu, artroz və ya revmatoid poliartritin əlaməti ola bilər.
Bundan əlavə, oynaqlarda ağrı D vitamini çatışmazlığından və ya qadınlarda menopozdan qaynaqlana bilər.
Bunu da Myasnikov əlavə edib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl balerina Anastasiya Voloçkova oynaqların bərpası üçün təsirli bir vasitə barədə danışmışdı.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB