Hindistanda ölümcül “Nipax” virusu peyda olub...

Bu arada Hindistanın Cənubi Kerala əyalətinin səlahiyyətliləri ölümcül “Nipax” virusunun yayılmasının qarşısını almağa çalışırlar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, dövlət karantin elan edib, həmçinin bütün təhsil müəssisələrini bağlayıb, əhali arasında test aparılaraq artıq 2 nəfərin ölümünə səbəb olan virus aşkarlanmağa başlayıb.

Ştatın baş nazirinin sözlərinə görə, virus təxminən 2 milyon əhalisi olan Kojikode şəhərində aşkar edilib.

Deyilənlərə görə, “Nipax” yarasalar tərəfindən yayılır. Bundan əlavə insan bu virusa yarasaların təmasda olduğu qida və meyvələri yeyərkən də yoluxa bilərsiniz. Virus xəstə insanla fiziki təmasda da ötürülür. Ölümcül virusa qarşı hələ də peyvənd yoxdur; xəstələrə verilən yeganə müalicə dəstəkləyici müalicədir.

İnfeksiyanın ilk əlamətləri: baş ağrısı, yuxululuq, kəskin tənəffüs sindromu və beynin iltihabıdır.

Bu, tez-tez komaya və sonra ölümə səbəb olur. Hətta sağalma halında belə, qıcolma və baş ağrıları şəklində ciddi fəsadların qalması ehtimalı var.

Hazırda Kerala ştatında xəstə və ya virusdan ölən insanlarla təmasda olduqları üçün risk altında olan 700-dən çox insan müəyyən edilib. Bunlardan 80-dən çox insan yüksək risk altındadır və cəmiyyətdən təcrid olunur, onlar daim mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə