Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.u.f.d. Mehriban Əmirova 11 sentyabr 2023-cü il tarixində Italiyanın Avellino şəhərində dünya şohrətli Prof Mario Malzoninin rəhbərliyi altında keçirilən “Ginekologiyada lazer tətbiqi” mövzusunda beynəlxalq master-klassda iştirak edib. SİA xəbər verir ki, İtaliyanın məşhur mərkəzlərindən biri sayılan Prof Mario Malzoni Center klinikasının professoru Malzoni və aparıcı mütəxəssisləri tərəfindən iştirakçılar üçün master-klassda məruzələr oxunmuş və canlı əməliyyatlar nümayiş etdirilib. Həmçinin, cərrahi ginekologiyada istifadə olunan müasir üsullardan biri olan lazerin qadın xəstəliklərinin (endometriozis, mioma, endometrial poliplərin) müalicəsində tətbiqi barədə təcrübələr bölüşülüb, bu sahənin yenilikləri haqqında müzakirələr və geniş müzakirələr aparılıb.
Master-klassda bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycan, Slovakiya, Israil, Birləşmiş Ərəb Əmirliyi, Afrika ölkələrindən nümayəndələr iştirak edirdilər. İştirakçılar tərəfindən maraqla qarşılanan bu mövzular ətrafında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB