"Beynəlxalq güclər xərçəngin müalicəsinə qarşıdır" - HƏKİM MÜNASİBƏT BİLDİRDİ
“Son zamanlar xərçəng xəstəliyinin bir qədər artdığı müşahidə olunur. Bu xəstəliyin artması subyektiv və obyektiv amillərlə bağlıdır. Ümumiyyətlə, demək olar ki, müasir dünyada xərçəngə ikili yanaşma var rəsmi və doğru yanaşma”. Bunu SİA-ya açıqlamasında onkolog-cərrah İbrahim Əsədli deyib.
Onun sözlərinə görə, rəsmi yanaşmada güman edirlər ki, əsas problem şişdir və onu da hər hansı bir yolla kəsmək, yandırmaq lazımdır: “Elmi yanaşma ondan ibarətdir ki, problem şiş deyil, şişi yaradan səbəbdir. Səbəb aradan götürülməlidir. Rəsmi onkologiyada üç üsul istifadə olunur: Cərrahiyyə, kimya və şua.
Doğru onkologiyada 500-dən çox üsullar var. Burada yanaşma tam fərqlidir. Natropatik onkologiyada hesab edilir ki, insanın xəstəliyi bədəndə ahəngliyin pozulmasından, daxili ekologiyanın pozulmasından irəli gəlir. Xərçəng insanın düşüncəsindən, emosiyasından, hormonal vəziyyətindən, stress yaşamından aslıdır. Bütün bunların hamısına kompleksdən baxılmalıdır. Xərçəng xəstəliyinin artmasının da iki cür səbəbi var. Birincisi, xərçəng daha çox inkişaf etmiş ölkələrdə artır, hansı ki, orta yaşam tərzi yaxşıdır və infeksion xəstəliklərə yoluxmurlar. Niyə artır? Obyektiv səbəb az hərəkətlilikdir. Çünki bu ən əsas səbəbdir. Digər səbəblər efirdə kifayət qədər çoxlu elektromaqnit dalğalarının olması və kimyəvi maddələrin məişətə daxili olmasıdır. Bütün kosmetik vasitələrin hamısı kimyasaldır. Üçüncüsüsü, qidaların keyfiyyətsiz olmasıdır. Dördüncü amil, şəhərdə sıxlığın çox olması və insanların sıx yerdə qalması, yəni növbələr, tıxaclar, stresli iş yerləri və s. kimi məsələlər. Bu obyektiv səbəblər qrupudur. Subyektiv də ondan ibarətdir ki, son yüz ildə müəyyən qrupların, beynəlxalq imperialistlərin xərçənglə bağlı müəyyən bir planları var və onlar imkan vermirlər ki, inkişaf edən cəmiyyətlərdə müasir müalicə üsulları tətbiq olunsun”.
İbrahim Əsədli onu da bildirib ki, Nobel mükafatı laureatı L.Polink xərçəngin yüksək doza vitamin C ilə müalicəsini təmin etsə də, rəsmi protokollar hələ də təsdiq olmayıb: “Beynəlxalq imperialistlərin marağı insanların sayını azaltmaq və bəşəriyyətdə bir çox problemlər yaratmaqdır. Eyni zamanda onların öz siyasi və maliyyə maraqları var ki, bu da bəşəriyyətlə və insan sağlamlığı ilə uyğun gəlmir. Ona görə də, bu iki səbəbləri üst-üstə qoyandan elə alınır ki xərçəng getdikcə artacaqdır. Bunun qarşısını almaq üçün iki yol var. Ən səmərəli yol ictimai səhiyyə yoludu və digər yolu isə fərdi qorunmaq yoludur. Fərdi qorunmaq yolunda insanlar gərək həyat tərzlərini dəyişsin. Həyat tərzinə aiddir qida, su qəbulu, həyat, hərəkət və düşüncə tərzi, bunların hamısı da ayrı-ayrı mövzulardır. Amma ümumi cavab ondan ibarətdir ki, xərçəng xəstəliyinin artmasının qarşısının alınması üçün çıxış yolu özünü qorumaqdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB