Professor quş qripinin insanlara yoluxma qabiliyyətini etiraf edib
Virusologiya professoru Aleksandr Çepurnov Çin və Britaniya alimlərinin H3N8 quş qripi virusunda insan populyasiyası üçün əhəmiyyətli mutasiya aşkar etməsini şərh edərək, gələcəkdə quş qripi pandemiyasının mümkün təhlükəsini açıqlayıb,
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Komsomolskaya pravda” xəbər verir.
Virusoloq alimlərin mutasiya nəticəsində bu virusun insanlara yoluxma qabiliyyətini sübuta yetirməsinə aydınlıq gətirib və qeyd edib ki, əgər belə mutasiyalar laboratoriya şəraitində yaradıla bilərsə, o zaman onların təbii mühitdə təsadüfi baş vermə ehtimalı da müvafiqdir.
Çepurnov hesab edir ki, virusun mümkün yayılması dərhal lokallaşdırılmalı və yeni mutasiyanın yaranmasına diqqətlə nəzarət edilməlidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB