Son 30 ildə “gənc” xərçəng xəstələrinin sayı 80 faizartıb. “BMJ Oncology” jurnalında dərc olunan məqalədə belə qənaətə Xançjoudakı (Çin) Zhejiang Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, dünyada 29 xərçəng növü üzrə aparılan geniş araşdırmanın məlumatlarının təhlili göstərdi ki, 1990-cı ildə xərçəngə yoluxanların sayı 1,8 milyon idisə, 2019-cu ildə bu rəqəm 3,2 milyona yüksəlib. Bununla bağlı ölüm hallarının da sayı da 27 faiz artıb. Proqnozlara görə, 2030-cu ilə qədər onların sayı daha 31 faizə qədər artacaq.
Qeyd edək ki, son zamanlar qadınlarda döş xərçəngi, nəfəs borusu, ağciyər, mədə və bağırsaq xərçəngi ən çox rast gəlinən onkologiya növləridir.
Ölümün ən kəskin artması böyrək və ya yumurtalıq xərçəngi olan insanlarda müşahidə olunur.
Alimlər hesab edirlər ki, pis qidalanma, alkoqol istehlakı, nikotin asılılığı, fiziki fəaliyyətin olmaması və piylənmə xərçəngin inkişafının təhrikediciləri ola bilər...
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB