Geomaqnit qasırğasından özümüzü bu cür qorumalıyıq - DİQQƏT! - HƏKİM AYDINLIQ GƏTİRDİ
“Təbiətdə baş verən hadisələr zamanı insan orqanizmi az və ya çox dərəcədə təsir altına düşür”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, bu təsirlər isə bir çox hallarda insan orqanizminin fiziologiyası tərəfindən nizamlanır: “Bəzi hallarda, xüsusilə də şəkərli diabet, ürək, qan-damar xəstəlikləri olan insanlarda proses daha ciddi ola bilər. Hətta xəstəliyin daha da ciddiləşməsinə gətirib çıxara bilər. Buna görə də geomaqnit qasırğası kimi baş verə biləcək təbiət hadisələri zamanı mümkün qədər təmiz havada olmaq, sərin maye qəbulu tövsiyyə edilir. Xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərdə isə mütləq şəkildə dərmanların qəbulu vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB