Şirin soda istifadəsi qaraciyər xərçənginin inkişaf riskini əhəmiyyətli dərəcədə artırır. “Daily Mail” yazır ki, bu qənaətə Bostondakı Harvard Tibb Məktəbinin tədqiqatçıları gəliblər.
SİA-nın əldə etdiyi məlumata görə, mütəxəssislər 50 yaşdan yuxarı 100 minə yaxın qadının iştirak etdiyi araşdırma aparıblar. Belə ki, araşdırma əsnasında 20 ildən artıq onları izləyiblər. Tədqiqatın nəticələri göstərib ki, gündə bir və ya bir neçə porsiya şəkərli qazlı içki içən qadınların həftədə bir porsiyadan az istehlak edənlərə nisbətən qaraciyər xərçənginə tutulma ehtimalı 85 faiz daha çoxdur.
Həkimlər qeyd edirlər ki, tərkibində yüksək şəkər olan içkilər yüksək kalorili olur və insulin müqavimətinə və 2-ci tip diabetə səbəb ola bilər ki, bu da alkoqolsuz qaraciyər yağlanması riskini artırır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB