Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına iyul ayı ərzində günvurma ilə bağlı ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 7-si isə uşaq olub. TƏBİB-dən SİA-ya verilən məlumata görə, müraciət edən böyüklərdən 9-u qadın, 7-si kişi olmaqla 16 nəfər, uşaqlardan isə 4-ü hospitalizasiya edilib.
Son iki gün ərzində isə günvurma ilə bağlı 2 müraciət daxil olub. Onlardan biri qadın, digəri isə kişi olub. Qadın vətəndaşa yerində yardım göstərilib, kişi vətəndaş isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB