Bizlərdə deyildiyi kimi, hər şeyi yeməyin, min dənə fəsadları ola bilər. Necə deyərlər, “qarın səndən aşağıdır”?

Budur, rusiyalı dietoloq Yelena Solomatina baş ağrısına səbəb ola biləcək qidaların siyahısını göstərib.

Beləliklə, həkimin sözlərinə görə, spirtli içki və hisə verilmiş ətdən sonra baş ağrıya bilər.

Pendir və şokolad da başın ağrımasına səbəb ola bilər. Ümumilikdə, baş ağrısına səbəb olan nə olursa olsun, hisə verilmiş qidalardan və tərkibində natrium nitrit olan qidalardan uzaq durmaq lazımdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu bildirən nütəxəssis, əgər başınız ağrıyırsa, çobanyastığı çayı içmək, albalı və ya gilas yeməyi məsləhət görür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə