Tez qocalmağa və xərçəngin inkişafına səbəb olan amil aşkar edilib?
Vaxtından əvvəl sürətli qocalmağa və xərçəngin inkişafına səbəb olan amil aşkar edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb.
Həkimin sözlərinə görə, yuxu hormonu melatoninin tam istehsalı sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir. “Melatonin iltihab əleyhinə təsirə malikdir, immunitet sistemini stimullaşdırır. Melatonin nə qədər çox istehsal olunarsa, insan bir o qədər yavaş qocalır”.
Karasev deyib bunu.
Bundan əlavə, araşdırmalar göstərdi ki, gecə işləmək məcburiyyətində qalan insanlar xərçəngə daha çox həssasdırlar.
Belə ki, bu zaman onların orqanizmi melatonin istehsal etmir. Belə ki, qadınlarda süd vəzisində, yumurtalıq və yoğun bağırsağın şişləri riski təxminən 30 faiz artır.
Karasev əlavə edib ki, insan orqanizmində melatonin istehsalı qaranlığın başlanğıcı ilə start götürür.
Maraqlıdır ki, elmi iddialara görə, melatonin, insan qaranlıq yataqda yatdığı zaman daha çox olunur.
Yeri gəlmişkən, bilməyənlər üçün bildirək ki, melatonin epifizin əsas hormonu, yəni bütün canlı orqanizmlərin sirkadiyalı ritminin tənzimləyicisidir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB