Təhlükəli xəstəlik olan Qərbi Nil qızdırması Rusiyanın cənubunda yayılmaqda davam edir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Qərbi Nil qızdırmasına ilk yoluxma Kabardin-Balkarda qeydə alınıb. Bu barədə Rospotrebnadzorun respublika bölməsi məlumat yayıb.

Qərbi Nil qızdırması əsasən ağcaqanadlar tərəfindən ötürülən virusun yaratdığı kəskin xəstəlikdir. Deyilənlərə görə, gənə dişləməsi nəticəsində də infeksiyaya yoluxa bilərsiniz.

Qızdırma başlanğıcı adətən bədən istiliyinin kəskin artması ilə qeyd olunur. Belə ki, bədən istiliyi ən azı 38-ə, bəzi hallarda isə 40 dərəcəyə qədər qalxır.

Bəzən temperatur yüksəlməzdən əvvəl xəstə özünü zəif və yorğun hiss edir, tərləyir, iştahı pisləşir, əzələ gərginliyi yaranır, başı ağrıyır.

Mütəxəssislər xəstələnməmək üçün mümkün qədər ağcaqanad dişləməsindən qorunmaq lazım olduğunu deyirlər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə