Uşaqlarda fizioterapiyanın rolu və tətbiqi - FİZİOTERAPEVT DANIŞDI
“Uşaqlarda həyatlarının ilk günündən fizioterapevtik metodları tətbiq etmək mümkündür. Bu prosedurlar uşaqların qoruyucu gücünü artırmağa, xəstəliklərin müalicəsinə, orqanizmdə bütün sistemlərin düzgün inkişafını təmin etməyə, eyni zamanda həyatın ilk günündən xəstəliklərin aradan qaldırılmasına yönəlir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, uşaqlarda sinir sistemi formalaşması hələ davam etdiyi üçün fizioterapevtik prosedurların metodikası və texnikası böyüklərə nisbətən fərqlənir: “Fizioterapevtik proseduranı təcrübəli həkim fizioterapevt xəstəliyin mərhələsinə, uşağın yaşına və s. əsasən təyin edir. Yenidoğulmuşlarda göbək və dəri xəstəliklərində, omfalit, piodermiya , bişiklərdə,, fleqmonalarda, doğuş zamanı yaranan travmalarda, raxitin müalicə və profilaktikasında fizioterapiya tətbiq edilir.
Bundan başqa sinir sistemi xəstəliklərində, neyroinfeksiyaların fəsadlarında, uşaq serebral iflicində, periferik sinirlərdə və kəllə -beyin travmalarında, sinir-əzələ distrofiyalarında fizioterapiyabın əsas müalicə metodlarından istifadə olunur. Nevrotik reaksiyalarda, nevrozlarda (tiklərdə , kəkələmələrdə ), enurezdə(sidikqaçırmada )və s. Fizioterapevtik metodlardan geniş istifadə olunur. Həmçinin fizioterapiya və reablitasiya dayaq-hərəkət aparatı xəstəliklərində: skoliotik xəstəliklərdə (qamət əyriliklərində ), anadangəlmə əyripəncəlikdə, anadangəlmə bud başı çıxığında, qığırdaq displaziyasında da fizioterapiya geniş tətbiq olunur. Həmçinin burun, qulaq, boğaz xəstəliklərində, tonzillitdə, otit və s müalicəsində də fizioterapiya mühüm rol oynayır.
Fizioterapiyanın istifadəsinə əks göstərişlərdən qanaxmaya meyillilik, törəmələr, qan xəstəlikləri, epileptik tutmalar və s. qeyd oluna bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə