Xərçəng xəstəliyinə tutulmuş uşaqların xaricdə müalicəsini Gürcüstan hökuməti ödəyəcək

Bu arada Gürcüstan hökumətinin səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclasında, dövlətin hər il 300-ə qədər xərçəng xəstəsi olan uşağın xaricdə müalicəsini maliyyələşdirəcəyini bildirib.

Onun sözlərinə görə, proqram bu ayın sonuna kimi təsdiqlənəcək.

Və bundan sonra uşaqların valideynləri İspaniya, Türkiyə və İsraildəki klinikalar arasında seçim edə biləcəklər. Nazirin dediyinə görə, İspaniyada "proton terapiyası" deyilən üsul da mümkündür.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Novosti-Georgia” agentliyi yazır ki, proqramın illik büdcəsi təxminən 30 milyon lari təşkil edəcək. Qeyd edək ki, hazırda xarici klinikalarla danışıqlar yekunlaşmaq üzrədir.

Yei gəlmişkən Gürcüstanın özündə hələ müasir iri ixtisaslaşmış uşaq onkoloji mərkəzi yoxdur.

Nazirin dediyinə görə, onun yaradılması ilə bağlı danışıqlar hələ də... danışıqlar mərhələsindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə