“Stomotologiyada fizioterapiyadan geniş istifadə olunur” - FİZİOTERAPEVT DANIŞDI
“Fizioterapiya tibbin bütün sahələrini əhatə edir. Stomotologiyada da fizioterapiya geniş istifadə olunur”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.

Onun sözlərinə görə, fizioterapiyanın stomotologiyada rolu iltihabəleyhinə, ağrıkəsici, hiposensibilizəedici təsiri artırmaq (diş həssaslığını aradan qaldırmaq), deminerilizasiya prosesini dayandırmaq (kövrək dişlərdə), mikrosirkulyasiyanı yaxşılaşdırmaq, damar tonusunu normallaşdırmaq, venoz durğunluğunu aradan qaldırmaq, trofikanı yaxşılaşdırmaq, toxuma rezistentliyini qaldırmaqdan ibarətdir: “Bu məqsədyönlü müalicə əsasında paradantozda, paradontitde, gingivitde, alveolitde və s. diş və diş əti problemlərində fizioterapiya geniş istifadə olunur. Bu halda müxtəlif dərmanların elektroforezi, darsonvalizasiyası, laser müalicəsi aparılır. Prosedur steril ve ağrısız vəziyyətdə aparılır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB