“Bir çox xəstəliklərin səbəbi onurğa sütunu problemləridir“ - FİZİOTERAPEVT DANIŞDI
“Bir çox xəstəliklərin səbəbi onurğa sütunu problemləridir. Təəssüf ki, günümüzdə onurğa sütunu əyrilikləri, skolioz, kifoz müşahidə olunur. Skolioz bəzən fəqərənin onurğa oxu ətrafında çevrilməsi ilə də müşayiət olunur. Buna "torsio "deyilir. Müşayiətedici deformasiya onurğanın böyümə dövründə daha da dərinləşir və fəqərələrin öz oxundan çıxmasına, çevrilməsinə və sürüşməsinə səbəb olur. Bu sürüşmə döş qəfəsinin və qabırğaların formasını dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioterapevt Şəhla Qafarova deyib.
Onun sözlərinə görə, onurğanın bir səmtində qabırğalararası məsafə genişlənərkən, digər tərəfində isə qabırğalar qabağa gəlir və bir birinə yaxınlaşır: “Kürək sümükləri simmetrikliyini itirir. Bu isə çanaq sümüklərində də assimmetriyaya səbəb olur. Bu struktur dəyişikliyi ürək damar sisteminə, mədə bağırsaq traktina, periferik sinir sisteminə və orqanizmin digər sistemlerinə təsir edir və gələcəkdə daha ağır orqanik dəyişikliklərə səbəb olur. Böyüməkdə olan uşaq onurğası, mənfi vərdişlər səbəbindən qadjetlarda çox zaman keçirmə, passiv həyat tərzi, idmanla məşğul olmamaq, onurğaya verilən yekun artması, düzgün qidalanmamaq, artıq çəki və s. səbəbindən "c" və “s" şəklində əyilir. Skoliozun ağırlıq dərəcəsi "kobb bucağına“ əsasən təyin edilir. Dərəcə çoxaldıqca sağalmasının proqnozu azalır. Buna görə də valideynlərə məsləhətim odur ki, övladlarını vizual nəzarətdən keçirsinlər, oturuşuna, duruşuna, qidalanmasına diqqət yetirsinlər. Məktəblilərin tətildə olmasını və onların asudə vaxtını dəyərləndirərək mütəxəssis -həkim qəbuluna aparsınlar. Skoliozun müalicəsi komplex-bərpa tədbirlərinə əsaslanır. Həkim fizioterapevt pasientə fərdi yanaşaraq ona uyğun müalicəni təyin edəcək. Müalicəyə hər nə qədər tez başlanılsa, bir o qədər müsbət nəticə alınacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB