SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, daimi gəzinti ürək-damar sağlamlığından psixologiyaya qədər bir çox cəhətdən insan sağlamlığının xeyrinədir.
Piyada gəzməyin faydaları nələrdir?
- Damarlarda qan axını və miqdarını artıraraq dövranı yaxşılaşdırır.
- Ürək-damar və bəzi serebrovaskulyar xəstəliklər riskini azaldır.
- Ürək əzələsi də daxil olmaqla bədən əzələlərini gücləndirir və onların daha effektiv işləməsini təmin edir.
- Stress zamanı təzyiqin qalxmasını azaldaraq onu tənzimləyir.
- Limfa dövranına kömək edir.
- Maddələr mübadiləsini stimullaşdırır, metabolik sürəti artırır, hətta istirahət edərkən belə arıqlamağa imkan verir.
- Bağırsaqların işini tənzimləyir. Belə ki, piyada gəzmək həzm sistemini yaxşılaşdırır, qəbizliyin aradan qaldırılmasına kömək olur və həzm sistemi xəstəlikləri azaldır.
- Oynaqların və əzələlərin elastikliyini artıraraq bel və boyun ağrılarını aradan qaldırır.
- Stressi azaldır.
- Yemək istəyini - iştahı idarə etməyə yardımçı olur.
- Enerji verir.
- Qanda xolesterinin səviyyəsini azaldır.
- Şəkər xəstəliyinin qarşısının alınmasına və ya idarə edilməsinə xeyri dəyir.
- Döş, prostat və mədə-bağırsaq xərçəng növlərinə qarşı riski azaldır.
- İnfarkt və insult kimi xəstəliklər üçün köməkçi reabilitasiya xüsusiyyəti daşıyır.
- Yuxu rejimini dəstəkləyir.
- Ayaq və omba nahiyəsindəki əzələlərin güclənməsinə kömək edir.
- Sümükləri gücləndirdiyi üçün osteoporoz riskini azaldır.
Hər bir sağlam adam piyada gəzə bilir. Ancaq böyrək çatışmazlığı olanlar, ayağı yaralılar və yeni ortopedik əməliyyat keçirənlər həkimə müraciət etmədən yeriməməlidir.
Araşdırmalar göstərib ki, mütəmadi olaraq orta intensivlikdə gəzmək, hərəkət etmək immunitet sistemini gücləndirir, xəstəliklərin tezliyini azaldır və xəstəliyi asan keçirməyə səbəb olur.
Həftədə ən azı 5 gün 30-45 dəqiqə orta və sürətli piyada gəzmək artıq çəki ilə də mübarizəyə töhfə verir. Gəzinti intensivliyi artırılsa, həftəlik ümumi vaxt qısala bilər.
Hər gəzintidən əvvəl və sonra 5-10 dəqiqə ayaq və budun ön və arxa əzələlərinin gərmə hərəkətləri edilməlidir. Bu sadə məşqlər piyada gəzinti zamanı və sonra baş verə biləcək əzələ və oynaq zədələrinin qarşısını almaqda faydalı olur.
Gəzinti zamanı bədənin şəkli önəmlidir. Geri və ya irəli əyilmədən dik yerimək bədənin hər bir hissəsinin bərabər şəkildə hərəkətini təmin edir.
Piyada gəzərkən gücü artırmaq və ayaq hərəkətlərini sabitləşdirmək qolların işidir. Təkcə qolları yelləmək 5-10 kalori yandırır.
Əllər yumruq kimi sıxılmamalıdır ki, qan axını nizamlı olsun. Ayaqları və qolları diaqonal olaraq aydın bucaq altında yelləmək sağlam yeriş üçün vacibdir.
Ayaqqabı seçiminə fikir verin. Uyğun və daban yumşaqlığı düzgün seçilmiş idman ayaqqabıları performansı artırır. Elastik dabanlı və gəzinti üçün uyğun idman ayaqqabılarına üstünlük verilməlidir. Çox böyük və ya dar ayaqqabılardan uzaq durmaq lazımdır. Düzayaq, bel, omba, diz, topuq və ayaqlarda problemlər varsa, ilk növbədə həkim nəzarətindən keçmək və lazım gələrsə, ayaqqabının içərisinə taxılan içliklə yerimək məsləhətdir.
Uzun piyada yolları mütləq idman və ya qaçış ayaqqabısı ilə gəzmək yaxşıdır.
Pambıq materialdan olan rahat geyimlərə üstünlük vermək lazımdır. Gəzinti metabolik olaraq tərləməni artırdığı üçün təri çəkən pambıq paltarlara və ya təri xaric edən xüsusi parçalara üstünlük verilməlidir. Ümumiyyətlə, piyada gəzərkən rahat və hərəkəti məhdudlaşdırmayan geyim seçilməlidir.
Yeməkdən sonra ən azı 2 saat piyada gəzmək faydalıdır. Gəzintidən əvvəl nə çox ac, nə də çox tox olmaq lazım deyil.
Əyri-üyrü, enişli-yoxuşlu ərazilərdə gəzmək diz, omba və bel ağrıları olan adamlarda şikayətlərin artmasına səbəb ola bilər. Ayağı basma problemi olan xəstələr ayaqqabılarında aşağı ətrafın biomexanikasını tənzimləyən, diz, omba və belə bərabər yük paylanmasını təmin edən fərdi içliklər istifadə etməlidir.
Gəzinti tempinin havaya, yerə və fərdin vəziyyətinə uyğun tənzimlənməsi insanı mümkün ortopedik zədələrdən qoruyur. Təhlükəsiz gəzinti üçün məsləhətlər bunlardır:
* Piyadalar üçün nəzərdə tutulmuş və işıqlı yerlərdə gəzmək;
* Qaranlıqda gəzərkən fosforlu geyimlərdən istifadə etmək;
* Gəzinti üçün çox isti və yüksək rütubətli saatlar seçməmək;.
* Günəşdə yanmamaq üçün gündən qoruyan kremlər və s. kimi ehtiyat tədbirləri görmək.
* Piyada gəzərkən maye itkisini nəzərə alaraq bol maye qəbul etmək;
* Gəzintiyə ilk dəqiqələrdə yavaş addımlarla başlamaq, istilənmək, sürətlənmək, sonra yenə tempi aşağı salaraq sərinlənmək lazımdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



