Böyrək daşlarının əmələ gəlməsinin qarşısını alan qidalar

Böyrək daşlarının əmələ gəlməsinin qarşısını almaq üçün nələr yemək və nələr yeməmək lazımdır? SİA bu barədə Tükiyə saytlarına istinad edir.

  • Gündə 3 litrə qədər maye içmək böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Açıq sarı sidik kifayət qədər maye qəbulunu göstərir.
  • Gündə 10-12 və ya ən azı 6 stəkan maye qəbulu sidik miqdarını artıraraq kimyəvi maddələrin böyrək daşına çevrilməzdən əvvəl sidikdə həll edilməsinə və xaric olmasına imkan verir. Bədəninizi susuz qoyan spirt, 5-6 stəkandan artıq çay, qəhvə və s. kimi mayeləri az qəbul edin.
  • Duz miqdarını tarazlaşdırın. Çünki bədənə duzun qəbulu artdıqda böyrəklər sidikdə daha çox kalsium ifraz etdiyi üçün böyrək daşlarının əmələgəlmə riski artır. Bu səbəbdən duzlu qoz, fındıq, tum, o cümlədən pizza, hamburger kimi “fast food” yeməkləri, mineral su və yüksək miqdarda natriumlu qazlı su qəbul etməməyə diqqət yetirilməlidir. Araşdırmalar göstərir ki, böyrək daşlarına daha çox tez-tez “fast food” məhsulları yeyən uşaqlarda rast gəlinir. Genetik olaraq daş əmələ gəlməsinə meylli fərdlərin hər gün duz qəbulu 3-5 qram, yəni təxminən bir çay qaşığından artıq olmamalıdır. Gündəlik qidalanmada tərəvəz, meyvə və çörəyin tərkibində də duz var, bunu da yaddan çıxarmayın. Bu səbəbdən tərəvəz yeməklərinə əlavə olaraq duz tökmədən qəbul edilməlidir.
  • Siqaret çəkməkdən uzaq durun, çünki böyrəklərin ən böyük düşmənlərindən biridir. Xroniki böyrək xəstəliyinə tutulma riski siqaret çəkənlər asasında daha çoxdur.
  • Vitamin C əlavələrindən istifadə edilməməlidir. Çünki həddindən artıq qəbul edildikdə böyrəkdə sidiklə oksalatın ifrazı arta bilir. C vitamininin gündəlik qəbulu 1000 milliqramdan çox olmamalıdır.
  • Daş əmələ gəlməsini sürətləndirən qidaları azaldın. Belə ki, oksalat ən çox rast gəlinən böyrək daşı növlərindəndir. Bu səbəbdən oksalatla zəngin qidalar gündəlik yeməkdən uzaqlaşdırılmalıdır.
  • Ümumiyyətlə, böyrək daşı olan xəstələr bu qidalardan mümkün qədər uzaq durmalıdır: içkilərdən çay, qəhvə, spirt, tərəvəzlərdən ispanaq, pazı, çuğundur, bamya, qarğıdalı, yaşıl lobya, kartof, pomidor, soya, turp, cəfəri, şüyüd, ebegümeci, arugula, krep, meyvələrdən əncir, moruq, qırmızı gavalı, çiyələk, böyürtkən, qarağat, ləbləbi növlərindən qoz, fındıq, badam, fıstıq və digər qida maddələrindən küncüt, şokolad, kakao, xardal və dondurma.
  • Tərkibində oksalat olan qidaları qatıq və pendir kimi kalsiumla zəngin qidalarla yemək məsləhətdir. Bu, oksalatın böyrəklərə çatmazdan əvvəl həzm zamanı kalsiuma bağlanmasına kömək edir. Onu da kifayət qədər maye ilə dəstəkləmək yaxşı olar.
  • Tərkibində lif olan qidalardan istifadə edin. Gündəlik yeməklər bir-birindən fərqli olmalıdır. Eyni qidanın həddindən artıq istehlakı yaxşı deyil. Liflə zəngin qidalara üstünlük verilməlidir. Çünki lifli qidaları az qəbul etmək nəticəsində yaranan qəbizlik böyrək daşlarının əmələ gəlməsini sürətləndirir. Tərəvəz, meyvə və paxlalılar kimi liflə zəngin qidalar qəbizliyin qarşısını alır. Lifli qidalar yeməyin bağırsaqdan keçmə prosesini qısaldır və oksalatın əmilməsini azaldır.
  • Heyvan zülalını azaldın. Tərkibində yüksək miqdarda oksalat və kalsium olan ət, balıq, toyuq, yumurta kimi bol proteinli heyvan qidaları orqanizmdə sidik turşusu yığılmasına və böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilir. Bu qidaların tez-tez istifadəsi orqanizmdə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alan sitratı azaldır. Bişirilən zaman ətə duz vurulur. Ona görə böyrək daşlarının əmələ gəlməsində rolu olan bişmiş ət hər gün və həddindən artıq qəbul edilməməlidir. Heyvan zülal qaynaqları yerinə protein qəbulunu daha çox qatıq və paxlalılardan almaq olar.
  • Gündə 1 kasa qatıq yeyin. Tərkibində yüksək miqdarda kalsium olan süd və qatığın da qəbulu tarazlıqlı olmalıdır. Menopoz zamanı yarana biləcək osteoporoz riskini azaltmaq üçün qadınların hər gün bir kasa qatıq və ya bir stəkan süd içməsi məsləhətdir.
  • Sidiyin turşuluğunu artıran və daş əmələ gəlməsini dəstəkləyən qazlı içkilərdən də uzaq durmaq lazımdır.
  • D və C vitaminlərini orqanizmin ehtiyacı olduğu qədər qəbul etmək vacibdir. Bu vitaminlərin həddindən artıq olması böyrək daşlarının əmələ gəlməsi riskini artırır.
  • Sitrus meyvələri böyrəklərdə daş əmələ gəlməsinin qarşısını alır və ya azaldır. Portağal və limon öz mövsümündə daha faydalıdır. Limonun tərkibindəki sitrat maddəsi sidiyin turşuluğunu aradan qaldıraraq böyrək daşlarının əmələ gəlməsinə mane olur. Çay və şorba kimi qidalara limon əlavə etmək, tez-tez limonad içmək böyrək daşlarının yaranmasının qarşısını alır.

Bu gün sizə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alan qidalardan danışdıq. Mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə