"Müsahibə türk dünyasında strateji həmrəyliyin möhkəmləndiyini göstərir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Prezident İlham Əliyevin Qazaxıstana səfəri ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahibə Azərbaycan–Qazaxıstan münasibətlərinin dərinliyini və gələcək istiqamətlərini göstərən mühüm siyasi bəyanat kimi dəyərləndirilir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.
Onun sözlərinə görə, müsahibə zamanı dövlət başçısı iki ölkə arasında münasibətlərin əsasında duran etimad, ortaq türk kimliyi və müasir strateji tərəfdaşlığın real nəticələrini diqqətə çatdırıb:
"Prezidentin sözlərinə görə, son illərdə qarşılıqlı səfərlərin intensivliyi və iqtisadi göstəricilərdəki artım bu əməkdaşlığın praktiki əsasını gücləndirib. Ticarət dövriyyəsinin 547 milyon dollara çatması, Birgə İnvestisiya Fondunun yaradılması və nəqliyyat-logistika sahəsində birgə layihələr Orta Dəhlizin region üçün əhəmiyyətini artırır. Müsahibədə həmçinin SOCAR və “KazMunayQaz” əməkdaşlığının genişlənməsi, bərpaolunan enerji və rəqəmsal inteqrasiya istiqamətində yeni sazişlərin imzalanması qeyd olunur. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatını Türk dünyasının həmrəyliyinin dayağı kimi qiymətləndirərək, vahid güc mərkəzinin formalaşmasının vacibliyini vurğulayıb.
Xəzərin ekoloji problemlərinə dair çağırış isə Azərbaycanın regional məsuliyyətini əks etdirir. Ümumilikdə, bu müsahibə Bakı və Astananın təkcə iqtisadi deyil, ideoloji baxımdan da ortaq hədəflərə yönəldiyini və türk dünyasında strateji həmrəyliyin möhkəmləndiyini göstərir".
Bütün xəbərlər Facebook səhifəmizdə