Endometrioz nədir? - VİDEO

Dr. Sədi Allahverdiyev qadın sağlamlığı üçün aktual problemlərdən biri olan “Endometrioz” mövzusu haqqında ətraflı məlumat verib

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Dr. Sədi Allahverdiyev qadın sağlamlığı üçün aktual problemlərdən biri olan “Endometrioz” mövzusu haqqında ətraflı məlumat verib. https://youtu.be/eXJnKu3pam8

SİA xəbər verir ki, endometrioz - uşaqlıq boşluğunu daxildən örtən endometrium qatının uşaqlıqdan kənarda, yəni yumurtalıqlarda, çanaq orqanlarının səthində, bəzən isə qarın boşluğunda yerləşməsi ilə xarakterizə olunan xroniki və ağrılı xəstəlikdir. Bu vəziyyət hormonların təsiri altında dövri olaraq qalınlaşır, parçalanır və qanaxmaya səbəb olur, lakin bu toxuma bədəndən xaric ola bilmədiyi üçün iltihabi proseslər, bitişmələr və ağrılar yaranır.

Müalicə üsulları xəstəliyin mərhələsindən və qadının reproduktiv planlarından asılı olaraq dəyişir. Bunlara dərman müalicəsi, ağrıkəsici və iltihabəleyhinə preparatlar, eləcə də laparoskopik cərrahi müdaxilə daxildir. Cərrahi üsulla endometrioz ocaqları aradan qaldırılaraq ağrının azalması və reproduktiv funksiyanın bərpası mümkündür.

.

Bütün xəbərlər Facebook səhifəmizdə