Sürücülərə və piyadalara çətinlik yaranan kəsişmədə yeni svetoforlar quraşdırılıb
Paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi ilə Ağasadıq Gəraybəyli küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin rahat hərəkətinin və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeni svetoforlar quraşdırılaraq istifadəyə verilib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya bildirilib ki, mərkəzin apardığı monitorinqlərin nəticəsi olaraq quraşdırılan yeni svetoforlar sürücülər və piyadalar üçün yaranmış xaotik vəziyyəti aradan qaldırıb.
Bundan əlavə, rayonun Şah Abbas və Babək küçələrinin kəsişməsində də yeni svetoforlar quraşdılaraq hərəkət iştirakçılarının istifadəsinə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə