Xocalının Təzəbinə kəndinə növbəti köç karvanı yola salınıb

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Oktyabrın 23-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdamdan Xocalının Təzəbinə kəndinə yola salınıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Təzəbinə kəndinə 12 ailə - 55 nəfər köçürülür.

Doğma yurda qayıdan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə