Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilir

ADY Zəfər Günü ilə əlaqədar 8, 9, 10 və 11 noyabrda Bakı-Ağstafa-Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edir. ADY-dən SİA-ya verilən məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə səfər edə bilərsiniz.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə