MGH-də “BBraun” şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

22 oktyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Almaniyanın “BBraun” şirkətinin nümayəndə heyəti ilə müasir tibbi texnologiyalar və əməkdaşlıq perspektivlərinə həsr olunmuş görüş keçirilib. SİA xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, Alqı-Satqı şöbəsinin rəisi Akif Əskərov, “BBraun” şirkətinin Cənub-Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş meneceri Qordon Volksen, Şimal-Şərqi Avropa üzrə biznesin inkişafı üzrə baş menecer Mark Binder, satış meneceri Saskia Pitç və digər rəsmi nümayəndələr iştirak ediblər.

Tədbir zamanı tərəflər arasında tibbi texnologiyaların təkmilləşdirilməsi, innovativ avadanlıqların tətbiqi, eləcə də klinik sahədə təcrübə və bilik mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq perspektivləri ətrafında geniş müzakirələr aparılıb. Görüşün sonunda qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə