Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb

Neftçalada inək 63 yaşlı kişini vuraraq öldürüb

Neftçala sakinini inək vuraraq öldürüb. SİA-nın verdiyi məlumata görə, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb.

Belə ki, iribuynuzlu heyvanlardan biri kənd sakini, 1959-cu il təvəllüdlü Paşayev Rasim Abosət oğlunu qəflətən vurub.

R. Paşayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə