Bir ildə Azərbaycanda 343 polis cəzalandırılıb

Bir ildə Azərbaycanda 343 polis cəzalandırılıb

Ötən il daxili işlər orqanlarında aşkarlanan 258 fakt üzrə 343 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, onlardan 105-i xidmətdən xaric olunub, 67-si tutduğu vəzifədən azad edilib, 171-i barədə isə digər tənbeh tədbirləri görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə