Metroda qadın qatar yoluna düşüb

Metroda qadın qatar yoluna düşüb

Bakı Metropoliteninin "Azadlıq Prospekti" stansiyasında gənc qadın qatar yoluna düşüb.

SIA xəbər verir ki, bu barədə Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Qurum rəsmisi bildirib ki, hadisə saat 21:54 də qeyə alınıb.

Təlimata uyğun olaraq dərhal gərginlik ayrılıb. Qadın stansiya yolundan çıxarılıb.

Qeyd olunub ki, hadisənin intihara cəhd və ya başqa səbəbdən baş verməsi hələlik məlum deyil.

Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə