Qar uçqunu turistin həyatına son qoydu...

Qar uçqunu turistin həyatına son qoydu...

Rusiya Federasiyasının Buryatiya Muxtar Respublikasında bir qrup turist qar uçqunu altında qalıblar.

SİA xəbər verir ki, Respublikanın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, insident nəticəsində bir nəfər qar uçqunu altında qalaraq həyatını itirib, iki nəfər itkin düşüb.

Qeyd olunur ki, hadisə dağlıq ərazidə, dəniz səviyyəsindən 2 100 metr hündürlükdə baş verib.

Hazırda itkin düşən turistlərin axtarışı davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə