Havay adaları yaxınlığında 6,1 maqnitudalı zəlzələ olub

Havay adaları yaxınlığında 6,1 maqnitudalı zəlzələ olub

Sakit Okeanda yerləşən ABŞ-ın Havay ştatı sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.

SİA xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 43 mindən çox insanın yaşadığı Hilo şəhərindən 113 km cənub-qərbdə, ocağı isə 17 km dərinlikdə yerləşib.

Zəlzələdən sonra sunami təhlükəsi və ya tələfat barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə